Əsas səhifə » Türkiyə Dəməşqə olan uçuşları yenidən bərpa edib

Türkiyə Dəməşqə olan uçuşları yenidən bərpa edib

Bakı, AzerVoice

Türk Hava Yolları (THY) Suriyanın paytaxtı Dəməşqə uçuşlarına yenidən start verir.

AzerVoice xəbər verir ki, İlk uçuş bu gün yerli vaxtla saat 09:00-da İstanbul Hava Limanından Airbus A330-203 təyyarəsi ilə həyata keçiriləcək.

Türk Hava Yolları Dəməşqə həftədə üç dəfə birbaşa uçuş təşkil edəcək. Çərşənbə axşamı, cümə axşamı və bazar günləri saat 09:00-da İstanbul Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına uçuşlar baş tutacaq. Eyni günlərdə, saat 13:00-da isə Dəməşqdən İstanbul Hava Limanına geri dönüş uçuşları həyata keçiriləcək.

Suriyada rejim dəyişikliyindən sonra Türkiyə qonşu ölkə ilə əlaqələri bərpa etmək üçün müxtəlif addımlar atır. Nəqliyyat sektorundakı bu addım da həmin prosesin mühüm hissələrindən biridir.

Digər Kateqoriyalar

2025 © Azervoice