Əsas səhifə » Boluda saxlanılanların sayısı on nəfəri keçib

Boluda saxlanılanların sayısı on nəfəri keçib

Bakı, AzerVoice

İstintaqda ümumilikdə 11 nəfər nəzarətə alınıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunc məlumat verib.

Məlumata əsasən, Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülənər və Xilasetmə Müdirinin müavini Kənan Coşkun Kartalkayadakı oteldə baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

"Yeddi nəfərdən ibarət ekspert komissiyasının araşdırmaları davam edir",- deyə Tunc bildirib.

Qeyd edək ki, Boluda 76 nəfərin ölümü ilə nəticələnən otel yanğınından sonra məhkəmə və inzibati istintaq başladılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice