Bakı,
AzerVoice
Türkiyənin 43 şəhərində PKK/KCK terror təşkilatına qarşı son iki
həftədə keçirilən genişmiqyaslı "GÜRZ-39" və "GÜRZ-40"
əməliyyatları nəticəsində 240 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, Türkiyənin
daxili işlər naziri Ali Yerlikaya əməliyyatın nəticələrini sosial
media hesabında paylaşıb.
"Terrorsuz Türkiyə məqsədimizə çatmaq və millətimizin sülh, birlik
və həmrəyliyini təmin etmək üçün bu torpaqlardan terrorun hər
növünü məhv etmək əzmindəyik." -deyə o bildirib.
Təşkilat PKK/KCK-nın gənclik, ideoloji və maliyyə strukturlarında
fəaliyyət göstərən, sosial media vasitəsilə təbliğat aparan və
təşkilatlanmaya cəhd edən şəxslərdən ibarət olub. Saxlanılanlar
arasında həbs cəzası almış və axtarışda olan şəxslər də var.
Əməliyyatlar zamanı lisenziyasız silahlar, təşkilati sənədlər və
müxtəlif rəqəmsal materiallar ələ keçirilib. Şübhəlilərin terror
təşkilatına dəstək məqsədilə sosial mediadan istifadə etdikləri
aşkarlanıb.