Əsas səhifə » Çanaqqala boğazı duman səbəbindən gəmi keçidinə bağlanıb

Çanaqqala boğazı duman səbəbindən gəmi keçidinə bağlanıb

Bakı,AzerVoice

Türkiyənin Çanaqqala boğazında səhərə doğru açıq dənizdə artan duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olduğu üçün iki istiqamətli tranzit gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

AzerVoice xəbər verir ki, Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi radio vasitəsilə şimal və cənubda üzən gəmilərin kapitanlarına boğazın iki tərəfli tranzit gəmi keçidlərinin müvəqqəti bağlandığını elan edib.

Duman çəkildikdən sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice