22
Bakı,
AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu Kartalkaya xizək
mərkəzindəki oteldə baş verən yanğında həyatını itirənlər üçün
başsağlığı mesajı yayımlayaraq, yaralananlara şəfa diləklərini
çatdırıb.
AzerVoice xəbər verir ki , Ərdoğan bu
faciəvi hadisə ilə bağlı sosial media hesabında paylaşım edib.
"Bolu Kartalkayada oteldə baş verən yanğında həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Müvafiq qurumlarımız vasitəsilə əvvəldən yaxından izlədiyimiz və dərhal araşdırmalara başlanılan bu faciəli hadisədən zərər çəkmiş bütün bacı-qardaşlarıma və Boluya ən xoş arzularımı bildirirəm." - deyə prezident bildirib.