Bakı,
AzerVoice
Türkiyədə Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın
nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər isə yaralanıb.
AzerVoice xəbər verir ki, Boluda 12
mərtəbəli oteldə baş verən yanğın qısa müddətdə bütün oteli
bürüyüb.
Yanğın səbəbindən otel sakinləri təxliyə edilib, hazırda
genişmiqyaslı yanğınsöndürmə işləri davam etdirilir.
Bölgəyə çox sayda xilasetmə, sağlamlıq və UMKE qrupları, həmçinin helikopterlər göndərilib. Bolu valisi Əbdüləziz Aydın, hadisənin yerli vaxtla saat 03:30 radələrində baş verdiyini və təxminən 234 qonağın qaldığı otelin restoran mərtəbəsində başladığını açıqlayıb.
Daxili İşlər Naziri Ali Yerlikaya yanğının söndürülməsi üçün 267 nəfərdən ibarət çoxsaylı dövlət qurumlarının iştirak etdiyini bildirib. Ölənlərin sayının 10-a çatdığı və yaralıların sayının 32-yə yüksəldiyi təsdiq edilib. Yaralıların əksəriyyətinin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağırdır.
Bolu Kartalkayadakı yanğınla bağlı araşdırmalar davam edir və 4 baş müfəttiş təyin edilib. Ədliyyə Naziri Yılmaz Tunc, hadisə ilə bağlı məhkəmə istintaqının başladığını açıqlayıb və 6 dövlət ittihamçısının təyin edildiyini bildirib. Həmçinin, 5 nəfərdən ibarət ekspert komissiyası da yaradılıb.
Təxliyə edilən digər otel qonaqları təhlükəsiz bölgəyə köçürülüb, sahə xəstəxanası yaradılıb və yaralılar burada müalicə olunur.