Bakı,
AzerVoice
Türkiyənin İstanbul şəhərində 16 şübhəlinin "Məzlumlara Dəstək
Platforması" adlı sosial media quruluşu vasitəsilə İŞİD-ə pul
köçürdüyü müəyyən edilib.
AzerVoice xəbər verir ki, İstanbul
Respublika Baş Prokurorluğu tərəfindən silahlı terror təşkilatı
DEAŞ-ın (İŞİD) hərəkət və fəaliyyətlərinin üzə çıxarılması
məqsədilə araşdırmalar başlanılıb.
İstanbul İl Jandarma Komandanlığı Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən Kağıthane, Sultanqazi, Esenyurt, Sarıyer, Sultanbəyli, Kadıköy, Şişli, Ataşehir və Qaziosmanpaşa yaşayış məntəqələrində eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 12 şübhəli saxlanılıb.
Axtarışlar zamanı çox sayda rəqəmsal material, 1 silah, 2
maqazin və 120 güllə ələ keçirilib.
Qaçan 4 şübhəlinin axtarışları isə hazırda davam edir.