Bakı,
AzerVoice
Türkiyənin İstanbul başda olmaqla 6 şəhərində MLKP terror
təşkilatına qarşı keçirilən əməliyyatlarda 37 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində MLKP silahlı terror təşkilatının fəaliyyətinin ifşası və qarşısının alınması məqsədilə əməliyyatlar aparılıb.
Araşdırma zamanı təşkilat üzvlərinin məzar anım mərasimləri və
qapalı sahə yığıncaqlarına qatıldığı, habelə təşkilatın təşviq
etdiyi qanunsuz hərəkətlərə cəlb olunduğu müəyyən edilib.
Bundan əlavə, təşkilatın açıq sahə strukturlarında fəaliyyət
göstərən və dinləmələri izləyən üzvləri də aşkarlanıb.
Həmçinin, təşkilat üzvləri və onları həbsxanada ziyarət edən şəxslər də müəyyən edilib. Fiziki və texniki nəzarət altında olan 46 şübhəlidən 35-i İstanbulda, 13-ü isə Ankara, Eskişehir, Yalova, İzmir və Diyarbekir şəhərlərində eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb.
Əməliyyat zamanı təşkilata aid çox sayda təşkilati sənəd, bayraq və vinponlar aşkar olunub. Saxlanılan 37 şübhəlidən başqa, digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.