Bakı, AzerVoice
Türkiyə Baş Prokurorluğun FETÖ terror təşkilatının fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirdiyi istintaq tədbirləri çərçivəsində İstanbul və Çankırıda həyata keçirilən əməliyyatda saxlanılan 18 şübhəlinin 10-u həbs edilib.
AzerVoice xəbər verir ki, İstanbul Ədliyyəsinə aparılan şübhəlilərin ifadələri prokurorluq tərəfindən alınıb.
Prokurorluq şübhəlilərdən 11 nəfəri həbsə, 6 nəfəri təsirli peşmançılıq tədbirləri çərçivəsində ifadə vermələri üçün, 1 nəfəri isə ailə üzvlərinin qulluğunun ehtiyacı olduğu əsas gətirərək məhkəmə nəzarəti tələbi ilə növbətçi hakimliyə göndərib.
Qeyd edək ki, İstanbul Sülh Cəza Məhkəməsi şübhəlilərdən 10-nun həbsinə, 8-nin isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.