Əsas səhifə » Türkiyə ordusu İraqın Şimalında və Suriyada əməliyyat keçirib

Türkiyə ordusu İraqın Şimalında və Suriyada əməliyyat keçirib

Bakı, AzerVoice

Suriyanın şimalında Fərat Qalxanı bölgəsində və İraqın şimalında keçirilən əməliyyatlarda ümumilikdə 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyyənin Milli Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrinin həm ölkə daxilində, həm də sərhədlər boyu antiterror fəaliyyətlərini qətiyyətlə davam etdirdiyini açıqlayıb.

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində müəyyən etdiyi 2 PKK/YPG terrorçusunu və İraqın şimalında Pəncə-Kilid əməliyyatı çərçivəsində, Qara bölgəsində müəyyən edilən 2 PKK terrorçusunu zərərsizləşdirib." - deyə nazirlikdən verilən bəyanatda qeyd edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice