Bakı,
TurkicWorld
Suriyanın ikinci böyük şəhəri Hələbdə yerləşən Türkiyənin Baş
Konsulluğu 13 ildən sonra fəaliyyətini bərpa edərək, binanın önündə
Türkiyə bayrağı yenidən dalğalanıb.
TurkicWorld xəbər verir ki, viza və
pasport prosedurları bundan sonra Hələb Baş Konsulluğunda həyata
keçiriləcək.
Suriyada Əsəd rejiminin devrilməsindən sonra, dekabrın 12-də Burhan Köroğlu Dəməşqdə müvəqqəti işlər vəkili təyin edilib, dekabrın 14-də isə Türkiyənin Dəməşqdəki səfirliyi yenidən fəaliyyətə başlayıb.
Hələb Baş Konsulluğunun yenidən açılması münasibətilə keçirilən mərasimdə iştirak edən Burhan Köroğlu, Türkiyə ilə Suriya arasında əlaqələrin yenidən qurulmasından məmnunluq duyduğunu ifadə edib
Xarici
İşlər Nazirliyinin nümayəndələri kimi iki ölkə arasında ticarət,
hərbi, mədəni və siyasi əlaqələrin inkişafına töhfə verəcəklərini
vurğulayan Köroğlu ,
“İnşallah, qarşıdakı dövrdə Suriya ilə Türkiyə arasındakı əlaqələr
daha da möhkəmlənəcək. Min illik qardaşlıq münasibətlərimiz yeni
mərhələyə qədəm qoyacaq. Türkiyə olaraq Suriyanın yenidən dünyaya
açılmasını və Suriya xalqının layiq olduğu rifahı, sülhü və
sabitliyi bərpa etməsini dəstəkləyəcəyik. Bu proses həm də
Türkiyənin ərəb dünyası ilə daha sağlam əlaqələr qurmasına imkan
yaradacaq. Hər iki tərəf üçün səmərəli və faydalı bir dövrün
başlanğıcındayıq.” - deyə bildirib.
Qeyd edək ki, Baş Konsulluq 2012-ci ilin iyulunda Suriyadakı vətəndaş müharibəsi səbəbindən fəaliyyətini dayandırmışdı.