333
Bakı, AzerVoice
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın şimalında hücuma
hazırlaşdığı müəyyən edilən 29 PKK/YPG üzvünün
zərərsizləşdirildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, nazirliyin sosial media hesabında yayımlanan açıqlamada , Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında hücuma hazırlaşan 29 PKK/YPG terrorçusunu zərərsizləşdirdiyi bildirilib.
"Terrorçuların qaçmağa yeri yoxdur, onlar üçün heç bir yer təhlükəsiz deyil! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında hücuma hazırlaşan 29 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Harada olurlarsa olsunlar, terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək!" - deyə bəyanatda vurğulanıb.