Bakı,
AzerVoice
Türkiyədə son 15 gündə həyata keçirilən “HÜCRE” əməliyyatlarında 10
ayrı cinayətkar təşkilat sıradan çıxarılaraq, 66 şübhəli
saxlanılıb, onlardan 47-si həbs edilib.
AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya əməliyyatlarda tutulan 66 şübhəlidən 47-nin həbs olunduğunu, 19-u haqqında isə məhkəmə nəzarəti qərarı verildiyini qeyd edib.
Yerlikaya, cinayət törətmək məqsədilə təşkilat yaratmaq, narkotik vasitələrin istehsalı və qanunsuz dövriyyəsi, silah və sursat qaçaqmalçılığı, silahla qəsdən yaralama və qəsdən adam öldürməyə cəhd, səriştəsiz dələduzluq, kompüter cinayətləri, oğurluq və immiqrant qaçaqmalçılığı ilə məşğul olan şübhəlilər haqqında istintaq başladıldığını bildirib.
Nazir əlavə edib ki, əməliyyatlar zamanı 31 sənədsiz tapança, 6 sənədsiz ov tüfəngi, 875 silah istehsalı materialı, müxtəlif miqdarda narkotik vasitə, kəsici-deşici alətlər, çoxlu sayda kompüter, mobil telefon və bank kartları ələ keçirilib.
Öz paylaşımında əməliyyatların görüntülərini paylaşan Yerlikaya, əməliyyatları koordinasiya edən Respublika Baş Prokurorluğunu və həyata keçirən jandarma qüvvələrini təbrik edib.
Son 15 gün içinde Jandarma tarafından düzenlenen “HÜCRE” operasyonlarında;
— Ali Yerlikaya (@AliYerlikaya) January 17, 2025
Iğdır’da E.Ç.’nin elebaşılığını yaptığı,
İstanbul’da N.A.’nın elebaşılığını yaptığı,
Afyonkarahisar’da Ş.Y.’nin elebaşılığını yaptığı,
Balıkesir’de M.A.’nın elebaşılığını yaptığı,
Şanlıurfa’da… pic.twitter.com/Wd6tEvmE4w