27
Bakı,AzerVoice
Fələstin Müqavimət Hərəkatı (HƏMAS) ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayırıq.
AzerVoice xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan X sosial media hesabından açıqlama verib.
"Ümid edirik ki, razılaşma bölgəmizə və bütün bəşəriyyətə, xüsusilə Fələstinli qardaşlarımıza faydalı olacaq və daimi sülh və sabitliyə qapı açacaq",- deyə paylaşımda qeyd olunub.
O, İsrailin hücumlarına qarşı öz torpağını və azadlığını müdafiə edən Qəzza xalqını alqışlayıb.
Həmçinin Ərdoğan, Türkiyə olaraq Fələstinin daima yanında olduqlarını bildirib.