11
Bakı, AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.
AzerVoice xəbər verir ki, Prezident Kompleksində baş tutan görüş mətbuata qapalı keçirilib.
Bağlı qapılar arxasında keçirilən qəbulda xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Qeyd edək ki, Suriya xarici işlər nazirindən ibarət heyyət Ankaraya gəlib.