13
Bakı,
AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Liviya Milli Birlik
Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybeni Prezident Külliyesində
qəbul edib.
AzerVoice xəbər verir ki, görüş
mətbuata qapalı şəkildə baş tutub və ikitərəfli münasibətlər,
əməkdaşlıq və regional məsələlər müzakirə olunub.
Mətbuata qapalı keçirilən qəbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da iştirak edib.