Əsas səhifə » ASELSAN yeni Radar İnteqrasiya Mərkəzində istehsala başlayıb

ASELSAN yeni Radar İnteqrasiya Mərkəzində istehsala başlayıb

Bakı, AzerVoice

Türkiyə texnologiya şirkəti ASELSAN, son illərdə Aktiv elektron skan edilmiş massiv radarı (AESA) əsaslı radar texnologiyalarında əhəmiyyətli irəliləyişlər əldə edərək, yeni Radar İnteqrasiya Mərkəzində istehsala başlayıb.

AzerVoice xəbər verir ki, şirkət dizayn, sınaq və kütləvi istehsal gücünü artırmaq üçün sərmayələrini davam etdirərək, Radar İnteqrasiya Mərkəzini 50 milyon ABŞ dolları sərmayə ilə qurub.

ASELSAN bu investisiya ilə xarici sifarişlərə olan tələbatı qarşılamağı və radar texnologiyalarında dünya üzrə aparıcı şirkətlərdən biri olmağı hədəfləyir. Açıqlamaya görə, Radar İnteqrasiya Mərkəzi bu ilin əvvəlində fəaliyyətə başlayıb və artıq məhsuldarlıqda ciddi artım əldə edilib.

Şirkət, həmçinin, planlaşdırılan sifarişlər və böyümə hədəflərinə uyğun olaraq, mövcud radar istehsal gücünü üç dəfə artırmaq üçün yeni bir obyektin tikintisinə də başlayıb.

Bu obyektin ümumi qapalı sahəsinin 73 min kvadrat metr olması və 2027-ci ilin sonuna qədər tamamlanması gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice