Bakı,
AzerVoice
Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya Kayseridə keçirilən
genişmiqyaslı əməliyyat zamanı E.Ç.-nin rəhbərlik etdiyi mütəşəkkil
cinayət qrupuna qarşı ciddi tədbirlər görüldüyünü və 19 şübhəlinin
saxlanıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə
Nazir Yerlikaya sosial media hesabında paylaşım edib.
Paylaşımda qrupun cinayət törətmək, qəsdən yaralama, talama,
insanları azadlıqdan məhrum etmə, narkotik maddələrin istehsalı və
qanunsuz dövriyyəsi məqsədilə təşkilatlanmaq kimi cinayət əməlləri
ilə məşğul olduğu bildirilib. Onlar həmçinin qanunsuz silah
saxlama, ictimai asayişi pozma və əmlaka ziyan vurma kimi hallarla
da ittiham ediliblər.
Əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən 15 sənədsiz tapança, 2 qanunsuz tüfəng, müxtəlif miqdarda narkotik maddələr, habelə çoxlu sayda çek, veksel və rəqəmsal materiallar ələ keçirilib.
Kayseri'de E.Ç.’nin elebaşılığını yaptığı Organize Suç Örgütüne yönelik düzenlenen “HÜCRE-6” operasyonunda 19 şüpheli yakalandı
— Ali Yerlikaya (@AliYerlikaya) January 15, 2025
Suçta kibirlenen, kendini hukukun üstünde görenleri 112 Acil Çağrı Merkezine bildirin. Biz gereğini yapalım.
Kayseri Cumhuriyet Başsavcılığı ile… pic.twitter.com/HHXiACEbXk