16
Bakı,AzerVoice
Türkiyənin beş şəhərində FETÖ-yə qarşı keçirilən əməliyyatda 41 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, İstanbul Polis İdarəsi və İstanbul Respublika Baş Prokurorluğu, aparılan istintaq çərçivəsində silahlı terror təşkilatı FETÖ-nün fəaliyyətlərinin deşifrə edilməsi istiqamətində işlərini davam etdirib.
İstanbul, Sivas, Zonguldak, Kocaeli və Ankarada müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirən qruplar 41 şübhəlini yaxalayıb.
Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib.
Şübhəlilər saxlanılıb və sorğulanmaq üçün polis bölməsinə aparılıb.