Bakı,
AzerVoice
Türkiyədə mərkəzi Manisada olan və Adana ilə İzmir vilayətlərində
də həyata keçirilən "Gürz-38" əməliyyatı nəticəsində 23 şübhəli
saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında
paylaşım edib.
Nazirlikdən verilən məlumata görə, şübhəlilər İŞİD daxilində aktiv
fəaliyyət göstərən şəxslərdir. Onların terror təşkilatı adına silah
əldə etdikləri və terror aktlarına hazırlıq gördükləri müəyyən
edilib.
"Polis, Jandarma və Kəşfiyyat bölmələrimizlə birlikdə terrorun
mənbəyində məhv edilməsi strategiyamızı qətiyyətlə həyata
keçiririk. Heç bir terror qrupu ölkəmizin təhlükəsizliyini təhdid
edə bilməz. Bu əməliyyatda iştirak edən Respublika Baş
Prokurorluğunu və jandarma qruplarını təbrik edirəm." - deyə
nazir bildirib.
Türkiyənin 3 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib
41