Bakı,AzerVoice
Türkiyədə müvəqqəti sığınacaq tapan minlərlə suriyalı vətəndaş
müharibəsinin sona çatmasından və Baas rejiminin devrilməsindən
sonra öz vətənlərinə qayıtmaq üçün Hataydakı sərhəd qapılarından
keçməyə davam edir.
AzerVoice xəbər verir ki, xüsusilə
Cilvegözü, Yayladağı və Zeytindalı sərhəd qapılarından qayıdan
suriyalılar arasında həyəcan və ümid müşahidə olunur.
Reyhanlı rayonunda yerləşən Cilvegözü Sərhəd Qapısında izdihamın
artmaması və proseslərin daha sürətli həyata keçirilməsi üçün
Jandarma tərəfindən xüsusi dəhlizlər yaradılıb. Burada fəaliyyət
göstərən İmmiqrasiya Administrasiyasının Səyyar Xidmət Bölməsinin
avtomobilləri də çıxış prosedurlarının sürətləndirilməsinə kömək
edir.
Türkiyənin humanitar dəstəyi sayəsində yüzlərlə suriyalı sərhəddə yaradılmış xüsusi şəraitdən yararlanaraq təhlükəsiz şəkildə vətənlərinə qayıdır. İmmiqrasiya Administrasiyasının köməkçi qrupları və mobil bölmələri, qayıdanların sənədləşmə işlərini sürətləndirərək prosesi daha səmərəli edir.