Bakı,
AzerVoice
BAYKAR şirkətinin istehsalı olan Türkiyənin milli və yerli silahlı
pilotsuz uçuş aparatı (SİHA) Bayraktar TB3 artıq 102-ci uçuş
testini də uğurla tamamlayıb.
AzerVoice xəbər verir ki, BAYKAR
Texnologiya Şurasının rəhbəri Selçuk Bayraktar, sosial media
hesabında TB3-ün son sınaq uçuşunun görüntülərini paylaşıb.
Məlumatda bildirilir ki, Prototip 1 bu dəfə Orta Hündürlük
Sisteminin Müəyyənləşdirilməsi və Performans Testi çərçivəsində
uçuşa çıxıb və sınaq uğurla başa çatıb.
Bayraktar TB3 uçuşdan sonra eniş zolağına təhlükəsiz şəkildə eniş edib.
Qeyd edək ki, Bayraktar TB3 SİHA dünyanın ilk qatlana bilən qanad quruluşuna malik silahlı pilotsuz uçuş aparatı kimi fərqlənir. Bu xüsusiyyət sayəsində qısa uçuş-enmə zolağına malik gəmilərdən, xüsusilə də TCG Anadolu gəmisindən qalxıb enə bilir.
Bu unikal dizayn Bayraktar TB3-ə məhdud məkan şəraitində belə effektiv əməliyyat aparmaq imkanı verir.
BAYKAR-ın məlumatına görə, Bayraktar TB3 həm kəşfiyyat, həm də döyüş missiyalarını həyata keçirmək qabiliyyətinə malikdir.
#BayraktarTB3 PT-1 102. Test Uçuşu | 102nd Test Flight
— Selçuk Bayraktar (@Selcuk) January 9, 2025
Orta İrtifa Sistem Tanımlama ve Performans Testi | Middle Altitude System Identification and Performance Test#MilliTeknolojiHamlesi pic.twitter.com/dQZ7lbdLsa