11
Bakı,
AzerVoice
Türkiyənin Hatay vilayətinin Yayladağı rayonunda 4 bal gücündə
zəlzələ qeydə alınıb.
AzerVoice xəbər verir ki, Fövqəladə
Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) verdiyi məlumata
görə, yeraltı təkanlar yerli vaxt ilə saat 07:08-də baş verib.
Zəlzələnin episentri Yayladağı rayonunda yerləşib və 13,3 kilometr
dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində dağıntılar və ya insan tələfatı ilə bağlı hələlik məlumat verilməyib. Təkanlar bölgədə qısa müddətli narahatlığa səbəb olub.