Bakı,AzerVoice
Aramsız hücumlar və uzun müddətdir davam edən blokada səbəbindən
ağır şərtlər altında yaşayan Qəzza sakinləri qida böhranı ilə
üz-üzədir.
AzerVoice xəbər verir ki, Türkiyə Afet
və Acil Durum İdarəsi Başkanlığı (AFAD) bölgədəki ərzaq
çatışmazlığını yüngülləşdirmək məqsədilə Qəzzada yaşayan
Fələstinlilərə yardım kampaniyası həyata keçirib.
Kampaniya çərçivəsində un və digər əsas ərzaq məhsulları ehtiyacı
olan ailələrə paylanılıb.
Türkiyənin göndərdiyi yardımlar Qəzzanin orta hissəsində
yerləşən Nuseyrat Mülteci Kampında, Birləşmiş Millətlərin UNRWA
(Filistinli Mültecilərə Yardım və Bayındırlık Ajansı) paylama
mərkəzində bölüşdürülüb. Yardımlardan faydalanmaq istəyən çox sayda
Fələstinli uzun növbələr yaradaraq mərkəzə toplaşıb.
Qeyd edək ki, Qəzzada yaşayan Fələstinlilər blokada səbəbindən ağır
iqtisadi və humanitar böhran yaşayır. Elektrik, su və qida
təminatında ciddi çətinliklər mövcuddur. Ərzaq böhranı xüsusilə
uşaqlar və yaşlılar üçün təhlükəli vəziyyət yaradıb.