Bakı,
AzerVoice
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)Türkiyə ilə əməkdaşlıqda
yeni səhifə açmağı səbirsizliklə gözlədiyini bildirib.
AzerVoice xəbər verir ki, BQXK
prezidenti Mirjana Spoljaric Egger Ankaraya ilk səfəri ilə bağlı
yazılı açıqlama verib.
Eggerin səfəri, beynəlxalq humanitar yardımların və hüquqların
həyata keçirilməsinin dünyadakı münaqişə zonalarında əzabın
azaldılmasında oynadığı həyati rolun vurğulanmasına yönəldilib.
Səfərdə, Türkiyə Xarici İşlər Nazirliyi və Türk Qızıl Aypara
rəsmiləri ilə görüşlər keçirilib.
Egger, BQXK ilə Türkiyə arasında əməkdaşlığın yeni bir dövrə qədəm qoymasını arzuladığını qeyd edib.
Türk Qızıl Aypara Cəmiyyəti ilə möhkəm əməkdaşlıq əlaqələrinin
vacibliyini vurğulayan Egger, bu əlaqələrin daha da
dərinləşdirilməsini ümid etdiyini bildirib.
“Ümid edirəm ki, əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik” –
deyə o, əlavə edib.