Bakı,AzerVoice
Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, daxili və sərhədyanı əməliyyatlarla 94 terrorçu zərərsizləşdirilib.
AzerVoice xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) mətbuat konfransı keçirib.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) terroru mənbəyində məhv etmək strategiyası çərçivəsində davamlı və hərtərəfli əməliyyatlar həyata keçirib.
Məlumata görə, 2024-cü ildən bu yana zərərsizləşdirilən terrorçuların sayı 3 min 164-ə yüksəlib.
Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri həftəlik məlumatlandırma iclasında Suriyadakı hadisələrə toxunub.
O, Suriyada sülh və əmin-amanlıq istiqamətində atılan addımların dəstəkləndiyini bildirib.
“Ən uzun quru sərhədimiz olan qonşumuz Suriyada ortaya çıxan yeni prosesi Türkiyə olaraq alqışlayırıq, indiyə qədər etdiyimiz kimi bundan sonra da Suriya xalqının yanında olacağıq və dəstəyimizi verəcəyik",- deyə o bildirib.