16
Bakı, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yerli saatla 17:30-da Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçelini Prezident Sarayında qəbul edəcək.
AzerVoice xəbər verir ki, Ərdoğan və Bahçelinin başda “Terrorsuz Türkiyə” başda olmaqla, aktual mövzuları müzakirə edib məsləhətləşəcəkləri bildirilib.
Terrorla mübarizə çərçivəsində davam edən əməliyyatlardakı son vəziyyət müzakirə ediləcək. Başda Suriya və Qəzza olmaqla regional inkişaflar qiymətləndiriləcək.
Ərdoğan və Bahçelinin görüş zamanı parlamentin gündəliyi ilə bağlı fikir mübadiləsi aparacaqları gözlənilir.