Bakı, AzerVoice
Türk Hava Yollarının (THY) ümumi sərnişin sayı 2024-cü ildə 85,2
milyon nəfər olub.
AzerVoice xəbər verir ki, THY, 2024-cü ilin dekabr ayı trafik nəticələrini İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) dərc edib.
Belə ki, 2023-cü ilin yanvar-dekabr dövründə 83,4 milyon olan THY-nin ümumi sərnişin sayının 2024-cü ilin eyni dövründə 2,1 faiz artaraq, 85,2 milyona çatdığı bildirilib.
Beynəlxalqdan beynəlxalq transfer sərnişinlərinin sayı isə 29,8 milyondan 31,7 milyona yüksəlib. THY-nin beynəlxalq sərnişin yükləmə əmsalı 81,8, faiz, daxili doluluq göstəricisi isə 82,2 faiz olub.
2024-cü ildə daşınan yük və poçt həcmi isə 1,7 milyon tondan 2
milyon tona yüksələrək 20,6 faiz artım göstərib. Şirkət,
donanmasındakı təyyarələrin sayını 492-yə çatdırıb.
Dekabr ayında THY 6,4 milyon sərnişin daşıyaraq , ötən ilin eyni
dövrü ilə müqayisədə 5,3 faiz artım əldə edib. Beynəlxalq doluluq
nisbəti 81 faiz , daxili doluluq isə 77,7 faiz olub. Dekabr ayı
ərzində daşınan yük və poçt həcmi isə 160 min tondan 165,9 min tona
yüksəlib.