Bakı,
AzerVoice
Yerli və milli istehsal olan Bayraktar TB2 silahlı pilotsuz uçuş
aparatı (SİHA) daha bir uğurlu sınaqdan keçib.
AzerVoice xəbər verir ki, Müdafiə
Sənayesi Başçısı Haluk Görgün və Baykar şirkəti , TB2, ANTIDOT-2U/S
Elektron Dəstək Podu ilə uçuş testinin müvəffəqiyyətlə tamamlandığı
barədə açıqlama verib.
ASELSAN tərəfindən hazırlanan ANTIDOT-2U/S Elektron Dəstək Podu, uçuş zamanı təhlükə radarlarını anında aşkar etmək, onların istiqamətini və mövqeyini dəqiq müəyyənləşdirmək imkanına malikdir.
Qeyd edək ki, Baykar şirkəti bütün layihələrini öz vəsaiti ilə
həyata keçirir. Şirkət, İHA texnologiyalarına 2003-cü ildə
başladığı Ar-Ge işlərindən bu yana, gəlirlərinin əsas hissəsini
ixracatdan əldə edir.
Son illərdə Baykar müdafiə və aerokosmik sahəsində Türkiyənin
ixracat lideri olub.
Belə ki, Baykar, 2021 və 2022-ci illərdə müdafiə və aerokosmik sənayedə ixracat lideri seçilərək, 2023-cü ildə 1,8 milyard dollarlıq ixracat həyata keçirib. Sektorun ixracatının üçdə birini təkbaşına təmin edərək, ümumilikdə 34 ölkəyə İHA, 33 ölkəyə Bayraktar TB2, 9 ölkəyə isə Bayraktar AKINCI ixrac edib
Baykarın yeni elektron dəstək sistemi, SİHA-ların döyüş meydanında daha dəqiq və təhlükəsiz əməliyyatlar aparmasına şərait yaradacaq. Bu texnologiya, xüsusilə radar təhlükələrinə qarşı müdafiəni artırır və TB2-nin manevr qabiliyyətini yüksəldir.
Müdafiə Sənayesi Başçısı Görgün, layihədə iştirak edən bütün şirkətləri və mühəndisləri təbrik edərək, Türkiyənin müdafiə sənayesində yeni mərhələyə qədəm qoyduğunu bildirib.