Bakı, AzerVoice
2024-cü ilin dekabr ayında Türkiyədə baş verən ümumi qəza sayı 52 min 191 olub.
Bu barədə AzerVoice-a Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, dekabr ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 45 min 580, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 611 olub.
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 27 min 748, vəfat edənlərin sayı isə 155 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.
Məlumata əsasən, yanvar-dekabr aylarında Türkiyədə törədilən qəza sayı 623 min 148 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 537 min 128, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 86 min 20 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 388 min 644, vəfat edənlərin sayı isə 2 min 713 nəfər təşkil edib.