Əsas səhifə » Naci Görür Ərzurumda baş verən zəlzələ ilə əlaqədar paylaşım edib

Naci Görür Ərzurumda baş verən zəlzələ ilə əlaqədar paylaşım edib

Bakı,AzerVoice

Zəlzələ üzrə mütəxəssis Prof. Dr. Naci Görür Ərzurumda səhər saatlarında baş vermiş zəlzələ barədə danışıb.

AzerVoice xəbər verir ki, bu barədə o X sosial media hesabında paylaşım edib.

O, zəlzələnin Karayazı Fay xətti üzərində olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin Ərzurum şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Məlumata əsasən, zəlzələ Pasinler rayonunda yerli vaxtla saat 04:30-da qeydə alınıb.

Zəlzələnin 14 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice