16
Bakı,
AzerVoice
Türkiyənin 38 vilayətində FETÖ terror təşkilatına qarşı aparılan
əməliyyatlar çərçivəsində son iki həftədə 63 şübhəli saxlanılıb,
onlardan 36-sı həbs edilib.
AzerVoice xəbər verir ki,
bu barədə Türkiyənin
Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında paylaşdığı
məlumatda qeyd edib.
Saxlanılan şəxslərə terror təşkilatına üzv olmaq, maliyyə təmin
etmək və sosial mediada FETÖ təbliğatı aparmaq ittihamları ilə
cinayət işi açılıb.
Ankara, İzmir və İstanbul da daxil olmaqla ölkənin 38 vilayətində həyata keçirilən əməliyyatlar nəticəsində məhkəməyə çıxarılan şübhəlilərdən 2-si məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.