Əsas səhifə » Ömər Bolat Banqladeşə gedəcək

Ömər Bolat Banqladeşə gedəcək

Bakı,AzerVoice

Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə ilə Banqladeş arasındakı ticarət və investisiya əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq üçün Türkiyənin iş dünyasının mühüm nümayəndələrinin də olduğu böyük bir heyətlə bu ölkəyə səfər edəcək.

AzerVoice xəbər verir ki, Bolat yanvarın 9-da Banqladeşin paytaxtı Dəkkəyə səfəri çərçivəsində Banqladeş Müvəqqəti Hökumətinin baş müşaviri Məhəmməd Yunus və nazirliklərin müşaviri vəzifəsində çalışan Şeyx Bəşir Uddin ilə ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində Türkiyə və Banqladeş iş dünyasının aparıcı nümayəndələrinin iştirakı ilə iki ölkənin ticarət və investisiya əlaqələrini yüksək səviyyəyə çatdırmaq məqsədi ilə “Dəyirmi Masa Toplantısı” keçiriləcək.

Bolat bu ölkədə türk iş adamları ilə də görüşəcək, mövcud problemlər və potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparacaq.

Nazir Bolatın Türkiyədə universitetləri bitirmiş Banqladeşlilərlə də görüşü nəzərdə tutulub.

Səfər iki ölkə arasında tarixi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Türkiyə ilə Banqladeş arasındakı ticarət həcmi 2024-cü ilə qədər 1,3 milyard dolları keçib.

Səfər həm də iki ölkə arasında gələcək əməkdaşlıq və tərəfdaşlığı inkişaf etdirmək əzmini nümayiş etdirmək məqsədi daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice