Əsas səhifə » Türkiyənin 17 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

Türkiyənin 17 vilayətində PKK-ya qarşı əməliyyat keçirilib

Bakı, AzerVoice

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya terror təşkilatı PKK/KCK-ya qarşı aparılan genişmiqyaslı əməliyyatların nəticələrini açıqlayıb.

AzerVoice xəbər verir ki, nazir bildirib ki, "Gürz-36" əməliyyatı çərçivəsində İstanbul, Adana, İzmir və digər bölgələr də daxil olmaqla 17 vilayətdə 64 şübhəli tutulub.

Əməliyyatlar prokurorluqların rəhbərliyi və Təhlükəsizlik Baş İdarəsinin Terrorla Mübarizə (TEM) və Kəşfiyyat şöbələrinin koordinasiyası ilə həyata keçirilib.

Nazir Yerlikaya vurğulayıb ki, tutulan şəxslərin bəziləri təşkilatın gənclər strukturlarında fəal olub, sosial mediada terror təbliğatı aparıb və maliyyə dəstəyi veriblər. Əməliyyatlar zamanı sənədsiz silahlar, ov tüfəngləri və rəqəmsal materiallar da ələ keçirilib.

Nazir sosial media paylaşımında əməliyyatın görüntülərini yayımlayıb və əməliyyatı həyata keçirən hüquq-mühafizə orqanlarını təbrik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice