Əsas səhifə » Türkiyə 2026-cı ildə milli 5G şəbəkəsini istifadəyə verməyi planlaşdırır

Türkiyə 2026-cı ildə milli 5G şəbəkəsini istifadəyə verməyi planlaşdırır

Bakı. AzerVoice

Türkiyə 2026-cı ildə beşinci nəsil mobil rabitə (5G) xidmətini istifadəyə verməyi nəzərdə tutur.

AzerVoice xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa videomüraciətində bildirib.

“2025-ci ildə milli 5G rabitə şəbəkəsinin yaradılması çərçivəsində tender keçirəcəyik və 2026-cı ildə bu şəbəkənin ilk siqnalını alacağıq,” - deyə Ərdoğan vurğulayıb.

Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu isə daha əvvəl ölkədə 5G şəbəkələrinin sınaqlarına başlandığını açıqlamışdı. Onun sözlərinə görə, İstanbul Beynəlxalq Hava Limanı da daxil olmaqla, 30 təşkilata 5G-dən istifadə üçün icazə verilib.

Hazırda Türkiyədə mobil rabitə istifadəçilərinin sayı 87 milyona yaxındır və onlardan təxminən 81 milyonu 4.5G şəbəkəsindən istifadə edir.

Digər Kateqoriyalar

2025 © Azervoice