Bakı, AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan İŞİD və PKK haqqında önəmli açıqlamalar verib.
AzerVoice xəbər verir ki, Fidan bu
barədə İordaniyanın xarici işlər naziri Aymen əs-Safedi ilə
keçirdiyi birgə mətbuat konfransında çıxış edib.
Nazir PKK-nın zorakılıq üzərində qurduğu imperiyanın çöküş
mərhələsində olduğunu vurğulayaraq, "Onlar kürd qardaşlarımızın
nəcib hisslərini istismar ediblər. Bu zorakılıq imperiyası
dağılmağa doğru gedir." - deyə bildirib.
"Əgər bölgədə fərqli ambisiyalarınız varsa və İŞİD-ı bəhanə edərək PKK-nı gücləndirirsinizsə, bu siyasətin uğur qazanması mümkün deyil. İŞİD müsəlman cəmiyyətləri üçün bir zəhərdir və onlara qarşı mübarizə ortaq məqsədimiz olmalıdır." - deyə Fidan çıxışında Qərbə də müraciət edib.