Əsas səhifə » Türkiyə 2024-cü ildə ixracatını 262 milyard dollara yüksəldib- Ərdoğan

Türkiyə 2024-cü ildə ixracatını 262 milyard dollara yüksəldib- Ərdoğan

Bakı, AzerVoice

2024-cü ildə mal ixracımız 262 milyard dollara yüksəldi.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan Haliç Konqres Mərkəzində 2024 İxrac Rəqəmləri Elan Proqramında çıxış edərkən bildirib.

“2024-cü ilin dekabr ayında ixracımız 2,2 faiz artaraq 23,5 milyard dollara çatıb. Beləliklə, dekabr ayı üzrə aylıq ixrac rekordunu qırdıq. İdxalımız 11,1 faiz artaraq 32,3 milyard dollara çatıb. İl ərzində ixrac rəqəmlərində respublika tarixində rəqəmlərə nail olduq. 2024-cü ildə mal ixracımız 2023-cü ilə nisbətən 2,5 faiz artaraq 262 milyard dollara çatıb.”- deyə Ərdoğan vurğulayıb.

Bundan əlavə qeyd edib ki, Türkiyə son 19 ayın 12-də həmin ayın ixrac rekorunu qırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice