Əsas səhifə » Togg satış rekordları qırır

Togg satış rekordları qırır

Bakı, AzerVoice

Türkiyənin yerli və milli avtomobili Togg, uğurlarına yenisini əlavə edərək satış və texnoloji inkişaf sahələrində əhəmiyyətli nailiyyətlər əldə edib.

AzerVoice xəbər verir ki, ilk dəfə 2023-cü ildə satışa çıxarılan Togg T10X modeli, yüzdə 51 olan lokallaşdırma nisbətini 72 faizə qədər artırıb və Türkiyədə istehsal edilən yerli avtomobillər arasında birinci sıraya yerləşdirib.

Togg T10X modeli ilk dəfə 2023-cü ilin may ayında satışa çıxarılıb və bu vaxtdan bəri ardıcıl olaraq satış rekordları qırmağa davam edib. 2023-cü ildə 19,583 ədəd satış rəqəminə çatan Togg, 2024-cü ildə bu rəqəmi artıraraq 30,093 avtomobil satıb. Yalnız dekabr ayında 5,732 avtomobil təqdim edilib. Bu nəticə ilə Togg T10X modellərinin ümumi sayı 53.6 faiz artaraq 49,676-ya çatıb.

Togg-un təqdim etdiyi Trugo şarj infrastrukturu da sürətlə genişlənib. Türkiyənin 81 vilayətində fəaliyyət göstərən bu sistemdə hazırda 842 yüksək sürətli DC şarj cihazı və 1,684 priz mövcuddur. Bundan əlavə, AC şarj stansiyalarının sayı 363-ə çatıb. Trugo, istifadəçilərə fasiləsiz və təmiz enerji təmin etməklə diqqət çəkir.

2025-ci ildə Togg-un yeni sedan modeli T10F-nin də satışa çıxarılması planlaşdırılır.

Qeyd edək ki, Togg-un rəqəmsal platforması olan Trumore da, 2024-cü ildə 2 milyondan çox istifadəçiyə çataraq əhəmiyyətli bir uğur qazanıb.Trumore-un "Mode Art" xüsusiyyəti T10X-i rəqəmsal sənət əsərlərinin nümayiş olunduğu dinamik bir qalereyaya çevirərək, platformanın ən çox yüklənən tətbiqlərindən biri olub.

Trumore platforması daxilində təqdim olunan Trumore Gez və AI Radio, istifadəçi təcrübəsini süni intellekt texnologiyaları ilə zənginləşdirərək böyük populyarlıq qazanıb. Həmçinin, platforma istifadəçiləri Youtube, fizy, TV+, D-Smart GO kimi xidmətlərdən faydalanaraq, rəqəmsal bir təcrübə yaşayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice