Əsas səhifə » Türkiyənin 27 vilayətində FETÖ-yə qarşı əməliyyatlar keçirilib

Türkiyənin 27 vilayətində FETÖ-yə qarşı əməliyyatlar keçirilib

Bakı,AzerVoice

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya son 10 gündə 27 vilayətdə FETÖ-yə qarşı həyata keçirilən Kıskaç-32 əməliyyatları nəticəsində 93 şübhəlinin tutulduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, Nazir Yerlikaya sosial media hesabında, "Milli iradəmizə zərbə vurmağa çalışan bu quruluşu tamamilə məhv edənə qədər mübarizəmizi davam etdirəcəyik," deyə bildirib.

Əməliyyatlar Respublika Baş Prokurorluğu və Təhlükəsizlik Ümumi Müdirliyinin koordinasiyasında həyata keçirilib. Adana, İstanbul, İzmir, Diyarbəkir, Qaziantep və digər vilayətlərdə keçirilən əməliyyatlarda şübhəlilərin saxlanıldığı bildirilib.

Əməliyyatlar zamanı 3 sənədsiz tapança, 2 ov tüfəngi, xarici valyuta, türk lirəsi, sənəd və rəqəmsal materiallar ələ keçirilib.

Nazir Yerlikaya, tutulan şəxslərin FETÖ-nün indiki strukturlarında aktiv şəkildə iştirak etdiklərini, təşkilatın məsul şəxsləri ilə taksofon vasitəsilə əlaqə saxladıqlarını və “Bylock” rabitə proqramından istifadə etdiklərini vurğulayıb.

Digər Kateqoriyalar

2024 © Azervoice