Əsas səhifə » MKE yeni nəsil snayper tüfəngi istehsal edib

MKE yeni nəsil snayper tüfəngi istehsal edib

Bakı, AzerVoice

Türkiyənin Machinery and Chemical Industry Inc. (MKE) tərəfindən hazırlanmış, tamamilə yerli və milli imkanlarla istehsal edilən “MKE-408” adlı yeni nəsil snayper tüfəngi 2200 metrə qədər təsirli atış qabiliyyətinə malikdir.

AzerVoice xəbər verir ki, MKE-nin verdiyi məlumata görə, bu tüfəng müasir hərbi tələblərə cavab vermək üçün nəzərdə tutulub və yüngül çəkisi ilə əsgərlərə daha rahat istifadə imkanı təqdim edir.

MKE-408 snayper tüfəngi 0,408 kalibrli döyüş sursatları ilə uzun mənzilli və yüksək dəqiqlik üçün xüsusi olaraq hazırlanıb.

9 kiloqram ağırlığı ilə ənənəvi 15 kiloqramlıq tüfənglərə nisbətən daha yüngül olan bu tüfəng yerli və milli imkanlarla istehsal olunaraq müasir texnologiya ilə təchiz edilib.

Digər Kateqoriyalar

2024 © Azervoice