Əsas səhifə » Suriya ilə ticarət əlaqələrimizi gücləndirəcəyik - Ömər Bolat

Suriya ilə ticarət əlaqələrimizi gücləndirəcəyik - Ömər Bolat

Bakı,AzerVoice

Suriya ilə ticarət üçün əlaqələrimizi gücləndirmək üçün çalışırıq.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Ticarət naziri Ömər Bolat deyib.

"Türk sənayeçiləri, istehsalçıları, ixracatçıları və sərmayəçiləri olaraq Suriyadakı yeni administrasiya ilə ölkəni canlandırmasına kömək etmək üçün bir komanda olaraq birlikdə çalışacağıq",- deyə nazir bildirib.

Bolat Suriya ilə ticarətin artırılmasının onlar üçün çox vacib olduğunu vurğulayıb.

"Bəzi məhsullar istisna olmaqla, onsuz da ixrac sərbəst idi və biz Suriyaya təxminən 2 milyard dollar ixrac edirdik. Yeni dövrdə bir komanda olaraq çalışacağıq ki, Suriyadakı yeni rəhbərlik ölkəni ayağa qaldırsın. Gömrük rejimlərimiz buna uyğun hazırlanır",- deyə Bolat bildirib.

Digər Kateqoriyalar

2024 © Azervoice