Bakı,AzerVoice
Terror təşkilatı İŞİD-a bağlı olduğu iddia edilən və
İnterpol-Avropol İdarəsi tərəfindən axtarışa verilən Çeçen əsilli
şübhəli B.E. İstanbulun Başakşehir rayonunda keçirilən əməliyyat
zamanı saxlanılıb.
AzerVoice xəbər verir ki, Dekabrın
16-da İnterpolun Baş Mühafizə İdarəsinə göndərilən məlumatda
Çeçenistan Polis İdarəsi B.E-nin silahlı bir hücum həyata keçirərək
400 min rubl və bir neçə əşya oğurladığını bildirib.
Bundan əlavə, onun İŞİD-a qoşulduğu və casusluq şəbəkəsinin bir
üzvü olduğu iddia edilir.
İstanbul Respublika Prokurorluğunun həbs qərarının ardından
Terrorla Mübarizə Şöbə Müdirliyi əməliyyata başlayıb. Şübhəli şəxs
səhər saatlarında keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Hal-hazırda araşdırmalar davam etdirilir.
İnterpol tərəfindən axtarılan İŞİD şübhəlisi İstanbulda saxlanılıb
26