Bakı, AzerVoice
Öcalan və DEM Partiyası görüşü yeni ildən əvvəl baş tuta bilər.
AzerVoice xəbər verir ki, Türkiyənin Ədliyyə Nazirliyi mənbələri, Xalq Bərabərliyi və Demokratiya Partiyası (DEM Partiyası) ilə İmralı Həbsxanasında saxlanılan PKK terror təşkilatının lideri Abdullah Öcalan arasında yaxın vaxtlarda görüşün keçirilə biləcəyini bildirib.
Bu, görüşün bir həftə ərzində baş tuta biləcəyini ortaya qoyulur.
İmralıya gedəcək heyətlə bağlı siyahı verilmədiyi bildirilib.
Öcalanla görüşəcək heyətdə olduğu iddia edilən şəxslər arasında DEM Partiyası Van Millət vəkili Pervin Buldan, İstanbul Millət vəkili Sırrı Süreyya Öndər və Ağrı Millət vəkili Sırrı Sakıkın adları diqqət çəkir.
Nazirlik mənbələri gedəcək heyətlə bağlı DEM Partiyasından siyahı tələb olunmadığını, lakin İmralıya getmək üçün müraciət edənlər arasında yuxarıda adı çəkilən Pervin Buldan, Sırrı Süreyya Öndər və Sırrı Sakıkın da olduğunu bildirib.
İclasın bir-iki günə keçiriləcəyi ilə bağlı iddialara gəlincə, nazirlik rəsmisi hava şəraitinin uyğun olmadığını deyib.