Bakı,AzerVoice
Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqları Təhqiqat Komissiyasının üzvləri və deputatlardan ibarət nümayəndə heyəti dekabrın 30-da Suriyadakı Sednaya həbsxanasını ziyarət edəcək.
AzerVoice xəbər verir ki,TBMM İnsan
Haqları Təhqiqat Komissiyasının üzvü və AK Partiya Adıyaman millət
vəkili Mustafa Alkayış, Sednaya həbsxanasından əks olunan
görüntülərə diqqət çəkərək, bu ziyarətin insan hüquqları
pozuntularını yerində araşdırmaq məqsədini güddüyünü bildirib.
O, həmçinin bu tədbirin TBMM Başçılığı tərəfindən təşkil edildiyini
və Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının da
planlaşdırma prosesində iştirak etdiyini vurğulayıb.
Sednaya həbsxanasının Baas rejiminin müdafiə nazirliyinə bağlı olduğunu və burada insanları məhv etmək və qorxutmaq məqsədilə istifadə edildiyini qeyd edən Alkayış, "Bu dəlilləri görməliyik, çeşidləməliyik və arxivləşdirməliyik ki, bu haqqı və qanunu qoruyaq", – deyə bildirib.
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin ziyarətində bütün siyasi partiyaların nümayəndələrinin iştirak edəcəyini gözləyən Alkayış, təxminən 20 deputatın bu səfərdə yer alacağını ifadə edib. O, nümayəndə heyətinin Suriyadakı vəziyyətin dünya ictimaiyyətinə açıqlanmasında mühüm rol oynayacağına inandığını bildirib.