Bakı,AzerVoice
Türkiyə alimləri Ay və Marsda insanlı kosmik koloniyalarda məhsul
istehsalını həyata keçirməyi hədəfləyir.
AzerVoice xəbər verir ki, bu layihə
Ege Universiteti (AB) Fen Fakültəsi Biologiya Bölümü Müəllim Dos.
Dr. Rengin Özgür Uzildayın rəhbərliyi altında həyata keçirilir və
TÜBİTAK tərəfindən dəstəklənir.
Layihə, "Ay və Mars Regolith Simulantlarının Ekstremofit Prekursor
Bitkilərdən İstifadə Olaraq Kənd Təsərrüfatına Uyğun Edilməsi və
Regolith Simulantlarında Yetişdirilən Bitkilərdə Stress
Reaksiyaları ilə əlaqədar Siqnal Yollarının Araşdırılması" adlı bir
tədqiqatı əhatə edir. Tədqiqatçılar, Ay və Marsda qida maddələri
baxımından zəif olan torpağa bənzəyən reqolitlərdə ekstremal
bitkilərin yetişdirilməsi üzərində işləyirlər.
Dos. Dr. Rengin Özgür Uzilday, bu layihənin məqsədinin kosmos
koloniyalarında davamlı bitki istehsalını təmin etmək olduğunu
bildirərək, Ay və Mars reqolitinin fiziki və kimyəvi
xüsusiyyətlərinin yaxşılaşdırılmasını vurğulayıb. Layihə
çərçivəsində, pomidorda regolit simulyatorlarında bitki yetişdirmə
qabiliyyətinin artırılması ilə bağlı ilk dəfə məlumatlar əldə
edilmək məqsəd qoyulub.
TÜBİTAK-ın "1001-Elmi və Texnoloji Araşdırma Layihələrinə Dəstək
Proqramı" çərçivəsində dəstəklənən layihə, bitki yetişdirilməsinə
dair yeni yanaşmalar təqdim edir və kosmik koloniyalar üçün qida
istehsalının mümkünlüyünü araşdırır.
Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, layihə qrupunun
bu uğurlu işini təbrik edib və layihənin, Türkiyənin ilk astronavtı
Alper Gezeravcı tərəfindən kosmosda həyata keçirilən tədqiqatlarla
əlaqəli olduğunu qeyd edib.
Türkiyə Ay və Marsda pomidor istehsal etməyi hədəfləyir
29