Əsas səhifə » THY-nin İraqa uçuşu təxirə salınıb

THY-nin İraqa uçuşu təxirə salınıb

Bakı,AzerVoice

Türk Hava Yollarının (THY) İraqın paytaxtı Bağdad-Diyarbəkir arasında bu günə planlaşdırılan reysləri əlverişsiz hava şəraiti səbəbindən qarşılıqlı olaraq təxirə salınıb.

AzerVoice xəbər verir ki, bu barədə THY mətbuat xidmətindən məlumat verilib.

"Bağdad və Diyarbəkirdə əlverişsiz hava şəraiti səbəbindən bu gün bəzi planlı reyslər həyata keçirilməyəcək",- deyə bildirilib.

Bu çərçivədə "TK 2602 İstanbul-Diyarbəkir", "TK 2603 Diyarbəkir-İstanbul", "TK 302 İstanbul-Bağdad" və "TK 303 Bağdad-İstanbul" reysləri qarşılıqlı olaraq ləğv edilib.

Digər Kateqoriyalar

2024 © Azervoice