Əsas səhifə » Ramzan Kadırov Bakıdan Qroznıya uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib

Ramzan Kadırov Bakıdan Qroznıya uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib

Bakı,AzerVoice

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Bakıdan Qroznıya uçan təyyarənin Aktau şəhərində qəzaya uğraması nəticəsində ölənlərin yaxınların başsağlığı verib.

AzerVoice xəbər verir ki, R.Kadırov bununla bağlı "Telegram" kanalında paylaşım edib.

"Bakıdan Qroznıya uçarkən Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verirəm. Sağ qalan 12 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Onların sağalması üçün Uca Yaradana dua edirik", - deyə o bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.

İlkin məlumatla görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub. Hazırkı məlumatlara əsasən, 25 nəfərin sağ qaldığı bildirilir.

Digər Kateqoriyalar

2024 © Azervoice