13
Bakı, AzerVoice
Türkiyədə son üç həftə ərzində ölkə daxilində 22 əyalətdə terror
təşkilatı İŞİD-a qarşı genişmiqyaslı əməliyyatların həyata
keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Bu əməliyyatlar nəticəsində ümumilikdə 182 şübhəli şəxs tutulub,
onların arasından 43-ü məhkəmə qərarı ilə həbs edilib.
Nazir Yerlikaya, əməliyyatların terrorla mübarizə çərçivəsində davam etdiriləcəyini və ölkə təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.