Bakı,
AzerVoice
Türkiyə, Suriyaya enerji dəstəyi vermək üçün mühüm bir addım atmağa
hazırlaşır.
AzerVoice xəbər verir ki, Türkiyənin
Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, nazirlikdən
bir nümayəndə heyətinin Suriyaya gedəcəyini açıqlayıb. Heyət,
Suriyanın enerji və elektrik infrastrukturunu yoxlamaq, əməkdaşlıq
və yardım məsələlərini müzakirə etmək məqsədilə səfər edəcək.
Nazir Bayraktar, Suriyada ən böyük enerji problemi olaraq elektrik çatışmazlığını vurğulayaraq, problemin həlli üçün kömək ediləcəyini bildirib.
Həmçinin, Livanın Baş naziri Necib Mikatinin keçən həftə elektrik problemi yaşadıqlarını ifadə etdiyini qeyd edən Bayraktar, Livan üçün də elektrik axını mövzusunda işlər görmək imkanı olduğunu söyləyib.