Əsas səhifə » Nigeriyadan Bayraktar TB2 UCAV tədarükü

Nigeriyadan Bayraktar TB2 UCAV tədarükü

Bakı, AzerVoice

Nigeriya Federal Hökuməti ordunun əməliyyat imkanlarını gücləndirmək məqsədilə 43 ədəd Bayraktar TB2 pilotsuz uçuş aparatı (PUA) satın aldığını bəyan edib.

AzerVoice xəbər verir ki, bu məlumatı Nigeriya Ordusu Kosmik Komandanlığının rəhbəri, general-mayor U.G. Ogeleka, Abucada keçirilən xüsusi mərasim zamanı açıqlayıb.

Mərasim çərçivəsində, Bayraktar TB2 PUA-larının istismarı və texniki xidmət təlimlərini uğurla başa vuran 43 nəfərlik hərbi personal sertifikatlarla təltif olunub.

General-mayor Ogeleka, bu təşəbbüsün “Project Guardian” adı altında həyata keçirildiyini və onun Nigeriya regionunda üsyan, terrorizm və digər təhlükəsizlik problemləri ilə mübarizədə mühüm rol oynayacağını vurğulayıb. O, həmçinin, 2022-ci ilin may-sentyabr aylarında Nigeriya ordusunun pilotsuz uçuş sistemləri alayından 46 nəfərin Türkiyədə təlim keçdiyini bildirib.

Təlim iştirakçıları arasında PUA pilotları, missiya operatorları, eləcə də avionika və mexaniki mühəndislər yer alıb.

Təlimlərin nəticələrinə əsasən, 14 nəfər PUA pilotu, 7 nəfər missiya operatoru, 23 nəfər mühəndis və texniki işçi olaraq sertifikatl alıb.

Mərasimdə hazırda 22 nəfərlik şəxsi heyətin xidmətə başlamağa tam hazır olduğu qeyd edilib.

Bu satınalma, Nigeriyanın təhlükəsizlik və müdafiə sahəsindəki mövqeyini gücləndirmək məqsədini daşıyır və iki ölkə – Nigeriya və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığı daha da möhkəmləndirir. Bayraktar TB2-nin regional münaqişələrdəki effektivliyi nəzərə alınaraq, Nigeriya bu addım vasitəsilə əməliyyat qabiliyyətini artırmağı və təhlükəsizlik çağırışlarına daha sürətli cavab verməyi hədəfləyir.

Digər Kateqoriyalar

2024 © Azervoice